14.04.2024 01:09
Oxunub: 30 dəfə

İsrail ordusu: Livandan ölkəyə raketlər və zərbə PUA-ları buraxılıb

İsrailin Müdafiə Ordusu Livandan "Hizbullah" tərəfindən ölkə ərazisinə üç raket və iki hücum pilotsuz uçuş aparatı atışını qeydə alıb.
"Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb.
"Livandan İsrailə uçan 3 raketin yaşayış olmayan əraziyə düşdüyü qeyd edilib. Bundan əlavə, İsrailin şimalındakı Hanita bölgəsində "Hizbullah"a məxsus iki PUA-nın Livandan İsrailə uçuşu (hər ikisi partlayıb-red) qeydə alınıb".
"Cavab olaraq İsrail ordusunun artilleriyası Livanın cənubuna zərbələr endirib", - mətbuat xidməti əlavə edib.

Günün Top 10 Xəbəri