15.04.2024 18:54
Oxunub: 15 dəfə

İsrail İranın hücümunu dəf etdiyi gecə nə qədər pul xərcləyib? - ŞOK RƏQƏM

İranın yüzlərlə raket və pilotsuz təyyarə ilə hücumunu dəf etmək İsrailə bir gecədə təxminənn 1-1,3 milyard dollara başa gəlib.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri Baş Qərargahının keçmiş maliyyə müşaviri, ehtiyatda olan briqada generalı Ram Aminah "Ynet" portalına müsahibəsində məlumat verib.
"Söhbət bir gecədə müdafiə üçün 4-5 milyard şekelin (1-1,3 milyard dollar) xərclənməsindən gedir", - ehtiyatda olan general vurğulayıb.
Onun sözlərinə görə, İsrailin hücumu dəf etmək üçün çəkdiyi xərc İranın bu hücumu həyata keçirmək üçün xərclədiyi vəsaitdən on dəfə çoxdur.

Günün Top 10 Xəbəri