14.04.2024 12:45
Oxunub: 19 dəfə

İsrail cavab zərbəsi endirəcək: İrandan ABŞ-yə XƏBƏRDARLIQ

İsrail "yaxın 48 saat ərzində" İrana cavab verəcək.
Bu barədə İsrail mediasında qeyri-rəsmi məlumatlar yayılıb.
Öz növbəsində, Tehran İsveçrə vasitəsilə ABŞ-yə xəbərdarlıq edib ki, Vaşinqton İsrailin cavab zərbəsini dəstəkləsə, onun bazaları hərbi hədəfə çevriləcək.
Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri bəyan edib.
O bildirib ki, İranın İsrailə qarşı əməliyyatı başa çatıb.
"Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə, gələcəkdə də hərəkətə keçməyə hazırdır", - deyə Baqiri qeyd edib.(SonXeber.Biz)

Günün Top 10 Xəbəri