28.03.2024 10:45
Oxunub: 7 dəfə

İş yerindəki yanğın dəhşətli cinayətin üstün AÇDI: Əllərini arxadan bağlayıb...

Türkiyədə anbarda baş verən yanğının söndürülməsi dəhşətli hadisəni üzə çıxarıb.
SonXeber.Biz xarici mediaya istinadən xəbər verir ki, anbardan meyit tapılıb
Hadisə İstanbulun Bahçelievler qəsəbəsində anbarında baş verib. Baş verən yanğından sonra anbarda əli arxadan bağlanmış kişi meyiti tapılıb.
Yanğınsöndürənlər iş yerində əlləri arxadan bağlanmış kişi meyiti aşkar ediblər. Meyit tapılandan sonra hadisə yerinə prokuror və hadisə araşdırma qrupları gəlib. Əlləri arxadan bağlı olan kişinin cəsədində başında və əllərində kəsiklər olduğunu müəyyən edib. Meyit Ədliyyə Tibb Qurumuna aparılıb. Hadisə ilə bağlı polis qrupları araşdırma başladıb.

Günün Top 10 Xəbəri