18.09.2023 20:36
Oxunub: 3 dəfə

İranın Gilan əyalətində daşqınlar nəticəsində 7 nəfər yaralanıb

İranın şimalındakı Gilan əyalətinin Astara şəhərində daşqınlar gündəlik həyata mənfi təsir edib.
SonXeber.Biz xəbər verir ki, daşqın nəticəsində 7 nəfər yaralanıb.
Bu barədə İran İnformasiya Agentliyi məlumat yayıb.
Qubernator Məhəmməd Rza Şahabzadə güclü yağışların şəhərdə daşqına səbəb olduğunu bildirib.
Qubernator bildirib ki, daşqınla dağıdılmış körpüdən 2 avtomobil çaya düşüb.
Astaranı birləşdirən yolların daşqından zədələndiyi ərazidə Astara və Xoca Keri çaylarının daşması riskinin olduğu bildirilib.

Günün Top 10 Xəbəri