18.09.2023 22:09
Oxunub: 9 dəfə

İranda Məhsa Əminin ölümünün ildönümündə 260-dan çox adam saxlanılıb

İranda Mahsa Əminin ölümünün birinci ildönümündə təhlükəsizlik qüvvələri mümkün nümayişlərin qarşısını almaq üçün 260-dan çox adamı saxlayıb.
SonXeber.Biz xəbər verir ki, "Şark" qəzeti Əmininin ölümünün ildönümündə - sentyabrın 16-da müxtəlif şəhərlərdə çoxlu sayda adamın saxlanıldığını yazıb.
Rəsmi mənbələrə əsaslanan məlumata görə, sentyabrın 16-da ölkə üzrə təhlükəsizlik qüvvələri tərəfindən 260-dan çox insan saxlanılıb.
Ən çox həbs Qərbi Azərbaycan vilayətində baş verib. Qərbi Azərbaycan polis komandanlığı 137 nəfərin saxlanıldığını açıqlayıb.
İsfahan vilayətində 97, Kürdüstan vilayətində isə 16 nəfər saxlanılıb.
Müxtəlif şəhərlərdə 10 nəfərin saxlanıldığı halda, paytaxt Tehran və Sistan-Bəlucistan əyalətində neçə nəfərin saxlanıldığı ilə bağlı açıqlama verilməyib.

Günün Top 10 Xəbəri