16.04.2024 17:09
Oxunub: 2 dəfə

İran-İsrail münaqişəsi Azərbaycan üçün hansı təhlükələr yaradır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İran, İsraili PUA və qanadlı raketlərlə hədəfə alaraq, günlərdir haqqında danışılan "qisas" hücumunu həyata keçirdi. İsrail həyata keçirdiyi keçirdiyi tədbirlər nəticəsində İranın hücumlaarına dəf etdi. Lakin, İsrail hələ ki, İranın hücumuna necə cavab verəcəyinə qərar verməyib. İran-İsrail münaqişəsi Azərbaycan üçün hansı təhlükələr yaradır.
Mövzu ilə bağlı SonXeber.Biz-a danışan politoloq Məhəmməd Əsədullayev bildirib ki, İran və İsrail arasında baş verən hərbi insident Yaxın Şərqdə gərginliyin artmasına gətirib çıxardı:
"İran İsrailə artıq hücüm etməyəcəyini deyib. Amma İsrail tərəfinin İrana qarşı mümkün hücumu qeyd olunur. Təbii ki, Amerika və Avropanın bir sıra dövlətləri İsarili bu addımından çəkindirməyə çalışır. Amma İran və İsrail arasında baş verən hərbi toqquşma əlbəttə ki, Azərbaycanada mənfi təsirləri ola bilər. Bu humanitar problemə yol aça bilər. 40 milyon azərbaycanlı İranda yaşayır. Onların təhlükəsizliyi Azərbaycan üçün xüsusi önəm kəsb edir. Regionda böyük bir təhlükəsizlik riski ilə üzləşə bilərik. Ona görə düşünürəm ki, İran-İsrail münaqişəsi baş verməyəcək. İran özü bu münaqişədən çəkinir. O cumlədən rəsmi Vaşinqton çalışır ki, İsrail və İran arasında birbaşa hərbi toqquşma olmasın. İran həmişə Azərbaycani İsrail ilə əməkdaşlığa görə təhdid edir. Azərbaycanda İrana qarşı guya İsrail kəşfiyyat işləri həyata keçirir. Bu baxımdan İran tərəfi Azərbaycana qarşı müəyyən bir düşmən mövqe sərgiləyə bilər. Ümumi nəzərə alsaq arada Türkiyə faktoru var. Ona görə də Türkiyə-Azərbaycan faktoru burada İranın düşmən hərəkətlərinin neytrallaşmış olar. İstail-İran münaqişəsi təkcə Azərbaycan deyil, ümumiyətlə yaxın və orta Şərqə, Cənubi Qafqaza təsir edə bilər".

Günün Top 10 Xəbəri