16.04.2024 12:36
Oxunub: 6 dəfə

"İpoteka kreditlərinin faizlərinin aşağı salınması ailələrin ev problemini həll edə bilər" - AÇIQLAMA

Bu gün ailələrin, gənclərin ən böyük problemi mənzil ala biləcək imkanlarının olmamasıdır. Bu baxımdan vətəndaşlar ya kirayə qalmaq məcbruiyyətində qalır, ya da daxili ipoteka kreditlərindən yararlanır. Vətəndaşların rəsmi ipoteka kreditlərindən yararlana bilməməsinin əsas səbəbi onların əmək haqlarının aşağı olması və ipoteka kreditlərinin faizlərinin yüksək olmasıdır. Məsələn: ölkədə minimum əməkhaqqı olan şəxslər ipoteka kreditlərindən yararlana bilmir. Həmin əməkhaqları yüksəs olmalıdır ki, vətəndaş ipoteka kreditlərindən yararlana bilsin. İpoteka kreditləri üzrə müvafiq kateqoriyalar mövcuddur. Buna nümünə olaraq illik dərəcəsi 4 faiz olan ipoteka kreditləridir. Bu kreditlərindən dövlət qulluqçuları, müəllimlər, hərbçilər və alimlər yararlana bilir. Bəs illik faiz dərəcəsi aşağı olan bu kateqoriya bütün vətəndaşlara şamil edilə bilər?
Mövzu ilə bağlı SonXeber.Biz-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ölkəmizdə daşınmaz əmlakların nağd satılması ilə bərabər, o cümlədən müxtəlif kredit vasitələridə satılır. Güzəştli ipoteka kreditlər var ki, illik 4 faiz, adi ipoteka 8 faiz, bank daxili satılan ipoteka mənzilləri var ki, onların illik faiz dərəcəsi 10-14 arası dəyişir. Hər kateqoriyadan olan kreditli satışlar ilə bağlı müştəri bazası var. Ən ucuz faiz dərəcəsi olan güzəştli ipoteka kreditləri var ki, onların faiz dərəcsi 4 -dür:

"Faiz dərəcəsi 4 olan ipoteka kreditlərindən yalnız müəyyən kateqoriyadan olan şəxslər yararlana bilir. Bunlara hərbçilər, alimlər, müəllimlər və s. peşəyə mənsub şəxslər daxildir. Ökəmizin böyük şəhərlərində, xüsusilə paytaxt Bakı şəhərində daşınmaz əmlakların qiymətlərində hər ay demək olar ki, artımlar müşahidə olunur. Demək olar ki, əhalinin böyük bir hissəsinin aylıq gəlirləri, aldıqları əmək haqları daşınmaz əmlak bazarındakı əmlakların qiymətləri ilə üst-üstə düşmür. Xususən həmin əmlaklar kreditli vasitələr ilə satıldıqda onların qiyməti yüksək olduğuna görə, hər bir şəxs hər hansısa bir qurumda çalışsa da əmək haqları aşağı olarsa bu tipli kredit vasitələrdən yararlana bilmir. Təbii ki, bu hal yalnız ipoteka kreditlərinə şamil olunur".
Ekspertin deyib ki, digər daxili ipoteka kreditləri ilə mənzil satan tikinti şirkətləri var ki, onlar vətəndaşın rəsmi iş yerinə önəm vermir. Onlar üçün maralı olan illik ödəniş və vətəndaşın ödənişi aylıq ödəməsidir:

"Bizim ölkəmizdə çoxsaylı insanlar var ki, xarici ölkələrdə biznesləri var yaxud ikinci işləri və əlavə peşə ilə məşğul olurlar. Ordan qazandıqları gəlirləri rəsmi olaraq göstərə bilmədikləri üçün onlar daxili ipotekadan yararlansa da, rəsmi ipotekalardan yararlana bilmirlər. Banklar vətəndaşlara ipoteka kreditləri verərkən çoxsaylı sənəd toplusu tələb edirlər. Bu da bankın özünü sığortalaması üçün hesablanır. Vətəndaş əgər ipoteka krediti ilə mənzil götürürsə, onun ödəmə qabiliyyəti və onun aldığı məvacibdən asılıdır. Ölkədə minimal əməkhaqqı ilə çalışan insanlarımız var. Bu əmək haqları bəzən bir otaqlı mənzilin kirayə pulunu belə ödəmir".
Elnur Fərzəliyevin sözlərinə görə, gələcəkdə həmin şəxslərin ev probleminin aradan qaldırılması üçün mütləq şəkildə onların əmək haqlarının artırılması ilə bağlı qərar verilməlidir:

"Çünki aldığı əməkhaqqı onun kreditini qarşılaya bilmirsə, banklar bu kateqoriyaya aid olan insanlara ipoteka kreditləri verə bilmirlər. Təbii ki, ailə üzvlərində işləyənlərin sayı çoxdursa onların ümumi gəlirləri ipoteka kreditlərinə dəstək ola bilər. Lakin, güzəştli kateqoriyalar müvafiq şəxslərə şamil olunur. Düşünürəm ki, faizlərin aşağı salınması ailələrin ev problemini və iqtisadi baxımından bank və sığorta şirkətlərinin fəaliyyətini genişləndirə bilər. Biz xarici ölkə təcrübəsinə baxsaq, ən az bank faizləri daşınmaz əmlaklara verilir. Daşınmaz əmlaklara ayrılan ipoteka kreditlərinin faizləri aşağı salındıqda bu sahəyə olan tələbat artır. Minimum əməkhaqqı alan şəxslərin mənzillə təmin olunmasının yolun onların maaşlarının artırılmasından keçir".
Sevda Səfərova

Günün Top 10 Xəbəri