15.04.2024 10:54
Oxunub: 8 dəfə

"İnəklərin niyə mənim həyətimə girdi?" dedi görün nə etdi - Əmioğlular arasında mal-qara davası

Türkiyədə əmioğlular arasında inək üstündə mübahisə qanla bitib.
SonXeber.Biz xarici mediaya istinadən xəbər verir ki. mübahisə zamanı bir nəfər digərini kürəklə vurub.Nəticədə həmin şəxs dünyasını dəyişib.
Əldə edilən məlumata görə, hadisə Varto rayonundan 30 kilometr aralıda yerləşən Buzluqözə kəndinin 90 təsərrüfatlı, 500 nəfər əhalisi olan Yıldızlar məhəlləsində baş verib.
İddiaya görə, əmioğluları 50 yaşlı Kərəm Yıldız ilə 70 yaşlı Ömər Yıldız arasında söhbət zamanı "İnəklərin niyə mənim torpağıma həyətimə girdi?" məsələsinə görə mübahisə yaranıb.
Mübahisə zamanı Kerem Yıldız əmioğlunu kürıklə vurub. 70 yaşlı kişi hadisə yerində ölüb. Hadisəni görən kənd sakinlərinin xəbəri üzərinə polis və sağlamlıq qrupu sövq edilib. Ömər Yıldızın hadisə yerində öldüyü müəyyən edilib. Kərəm Yıldız isə həbs olunub.

Günün Top 10 Xəbəri