
İndoneziyada zəlzələdə uşaq 2 gün sonra dağıntılar altından xilas edilib- VİDEO
İndoneziyada baş verən 5,6 bal gücündə zəlzələdə ölənlərin sayı 271-ə yüksəlib. İki gün sonra dağıntılar altından bir oğlan xilas edilib.
SonXeber.Biz xəbər verir ki, Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin (BNPB) rəhbəri Suharyanto ölkənin Qərbi Yava əyalətində baş verən zəlzələdən iki gün sonra 6 yaşlı uşağın dağıntılar altından çıxarıldığını açıqlayıb.
İndiyə qədər 271 nəfərin həyatını itirdiyi zəlzələdə ən az 40 nəfərin hələ də itkin düşdüyünü qeyd edən Suharyanto, 2 min 43 nəfərin yaralandığını bildirib.
Suharyanto bildirib ki, ölənlərdən 100-nün uşaq olduğu təsdiqlənib.
Sığınacaqlarda təxminən 62 min adamın qaldığını bildirən Suharyanto, axtarış-xilasetmə qruplarına, polisə və könüllülərə dəstək olmaq üçün zəlzələnin baş verdiyi bölgəyə 12 min ordunun yerləşdirildiyini qeyd edib.
Suharyanto bildirib ki, zəlzələ nəticəsində Cianjurda 56 min 230-dan çox ev dağılıb, 31-i məktəb də daxil olmaqla 170-dən çox ictimai bina zərər görüb.
Axtarış-xilasetmə koordinatoru Arif Yulianto da ölkəyə təsir edən musson yağışları səbəbiylə kəsilən axtarış-xilasetmə işlərinin sabah tezdən bərpa oluna biləcəyini bildirib.
Qərbi Yava valisi Ridvan Kamil dünən mətbuata verdiyi açıqlamada həyatını itirənlərin əksəriyyətinin uşaqlar olduğunu bildirib.
Şəbnəm Lətifi
Günün Top 10 Xəbəri











