19.04.2024 09:36
Oxunub: 8 dəfə

İndi qarpız yemək təhlükəlidirmi? - VİDEO

Yay fəsli hələ qapımızı döyməsə də, mövsümü olmayan giləmeyvələr və əsas olaraq qarpızlar piştaxtalarda boldur. Aprelin ortasında qiyməti ucuz və bol olan məhsulun alıcısıda kifayət qədərdir. Bəs bu qidaların keyfiyyəti neçədir?
Sözügedən qarpızların kiloqramının qiyməti isə 1 manat 50 qəpik və 2 manat arasında dəyişir. Satıcılar alıcı sayından məmnundur.
SonXeber.Biz xəbər verir ki, məsələ ilə bağlı satıcılar "ATV Xəbər"ə açıqlama verib.
"Qışda olanda kiloqramı 5 manat olan qarpıza da tələbat var idi. Əsas xəstə insanlar və hamilə xanımlar üçün alırlar. Kimin pulu çoxdur alır. Dadı isə əladır".
Alıcılar arasında bu məhsullardan alanlarda var, ehtiyat edib qaçanlarda.
"Qiymətinin belə ucuz olması mənim diqqətimi cəlb etdi. Dadı isə pis deyildi. Mövsümə görə dadı yaxşıdır".
Mövsümdən əvvəl yetişdirilən qarpızlar adətən gübrələrin normadan artıq istifadəsi və digər dərmanlar ilə yetişdirilir.
Ətraflı "ATV Xəbər"in süjetində:

Günün Top 10 Xəbəri