06.04.2024 18:27
Oxunub: 11 dəfə

İlon Maskdan avqust müjdəsi: "Yeni taksilər gəlir"

Amerikalı milyarder İlon Mask avqustun 8-də "Tesla" elektromobili əsasında hazırlanmış robotaksi təqdim etməyi planlaşdırır.
Bu barədə, "Tesla" avtomobil istehsalçısının sahibi özünün "X" sosial şəbəkə hesabında xəbər verib.
Biznesmen bir neçə ildir ki, layihə haqqında danışır.
Maskın açıqlamasından sonra "Tesla" səhmləri üç faizdən çox artıb.
Qeyd edək ki, "Tesla Motors" şirkəti 2003-cü ildə elektrik avtomobilləri, həmçinin əlaqəli texnologiyaların inkişafetdiricisi və istehsalçısı kimi təsis edilib. Şirkət bundan başqa öz texnologiyasından istifadə edərək akkumulyatorlar və elektrik mühərrikləri istehsal edir, onları "Daimler" və "Toyota" kimi digər avtomobil şirkətlərinə satır.(SonXeber.Biz)

Günün Top 10 Xəbəri