15.04.2024 11:09
Oxunub: 10 dəfə

Həbs olunan şəxslərdən götürülən pullar KİMƏ VERİLİR? - AÇIQLAMA

Şübhəli bilinən yaxud təqsirli bilinən şəxslərin üzərindən götürülən maddi vəsaitlər (narkotik, silah-sursat, pul vəsaitləri) istintaq prosesi üçün dəlil olaraq götürülür. Aparılan araşdırmalar nəticəsində həmin vəsaitlər maddi sübut olaraq məhkəməyə təqdim edilir. Lakin ən çox maraqlandıran suallardan biri maddi sübutların aqibətidir? Bu baxımdan şübhəli yaxud təqsirli bilinən şəxslər üzərindən götürülmüş sübutlar məhkəmədən sonra kimə verilir?
Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov SonXeber.Biz-a açıqlama verib:
"İlk olaraq bildirim ki, cinayətkarlıqla mübarizə sahəsində dövlətin atdığı addımlar var. Saxlanılan şəxslərdən alınan maddi sübutlar (narkotik, silah-sursat, pul vəsaitləri) cinayətkarlıqla mübarizə çərçivəsində hüquq-mühafizə orqanlarının yaxud bu sahədə fəaliyyət göstərən qurumların atdığı adımların arasında aiddir. Cinayət törətməkdə şübhəli yaxud təqsirli bilinən şəxslərin üzərindən götürülmüş qanunazidd əşyalar ilə bağlı bir sıra tədbirlər görülür. Əgər şəxsin üzərində markotik aşkarlanarsa, qiymətləndirilmə aparıldıqdan bu birmənalı olaraq məhv edilir. Əgər bu sübut silah-sursatdırsa, dövlətin nəzarətinə keçir. Əgər burada külli-miqdarda pul vəsaəitindən söhbət gedirsə, burada bir sıra nüanslar var. Əgər vətəndaşa cinayət nəticəsində zərər dəyirsə, həmin vəsait zərərin ödənilməsinə yönləndirilə bilər. Əgər cinayət nəticəsində vurulmuş zərər yoxdursa, bu halda həmin məbləğ dövlətin nəfinə keçir. Müxtəlif hallarda, bu məqamlara münasibət qoyulur. Amma ümumilikdə götürsək, narkotik vasitələr məhv edilir, silah dövlətin himayəsində olur".
Sevda Səfərova

Günün Top 10 Xəbəri