16.09.2023 22:18
Oxunub: 11 dəfə

Göyçay rayon sakinindən narkotik vasitə aşkarlanıb

Göyçay rayon sakinindən narkotik vasitə aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuşlar - Göyçay rayon sakini Yadigar Rəhimov və Neftçala rayon sakini Şəhriyar Bayramov saxlanılıblar.
Şəxsi axtarış zamanı Y.Rəhimovdan 1 kiloqram 23 qramdan artıq heroin aşkar olunaraq götürülüb.

Günün Top 10 Xəbəri