25.06.2022 23:54
Oxunub: 25 dəfə

Goranboyda məmurlar iki toyun qarşısını aldı

Ailə, Qadın və Uşaq hüquqları üzrə Dövlət Komitəsi növbəti dəfə iki erkən nikahın qarşısı alıb.
Komitədən verilən məlumata görə, Goranboy rayonunda 15 və 16 yaşlı yeniyetmə qızların ailəsi tərəfindən ərə verilməsi faktı aşkarlanıb.
Faktla bağlı Goranboy rayon İcra Hakimiyyətinə və Polis Şöbəsinə məlumat verilib.
Komitə əməkdaşları aidiyyəti qurumlarla birlikdə ailələrə səfər edib.
Məlum olub ki, hələ toyun nə olduğunu tam dərk etməyən 15 yaşlı uşağı ailəsi evləndirməyə hazırlaşırmış.
"Qeyd edək ki, bu gün xına mərasiminə hazırlaşan ailə 27 iyulda toy edəcəkmiş.
İkinci erkən nikah da elə həmin rayonun digər bir kəndində baş tutacaqmış. Dövlət Komitəsinə daxil olan zəng əsasında rayon İH əməkdaşları ilə birlikdə ailəyə səfər edən qurum rəsmləri toya hazırlıq işlərinin aparıldığının şahidi olublar. Dərhal azyaşlının özü və ailəsi ilə fərdi söhbət aparılıb və toyun qarşı alınıb. Ailələr diqqətdə saxlanılır", -məlumatda bildirilir.

Ən çox oxunanlar