14.04.2024 13:18
Oxunub: 4 dəfə

Gəncədə bazarda yanğın olub

Gəncədə bazarda yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) SonXeber.Biz-a məlumat verilib.
Bildirilib ki, bazar ərazisində ümumi sahəsi 150 kvadratmetr olan talvarın taxta atmaları 25 kvadratmetr sahədə, piştaxta 40 kvadratmetr sahədə və üç ədəd soyuducu qismən yanıb.
Bazarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Günün Top 10 Xəbəri