16.04.2024 23:18
Oxunub: 6 dəfə

Futbolçu formasını 50 avroya satdı - Video

İspaniya 3-cü Liqasında mübarizə aparan "Malaqa"lı Dani Lorenzo öz formasını 50 avroya azarkeşlərə satıb.
"Qafqazinfo" xəbər verir ki, çempionat matçından sonra azarkeş 21 yaşlı Dani Lorenzodan formasını istəyib.
Futbolçu isə forması qarşılığında 50 avro tələb edib. Tərəfdar 50 avro ödəyərək formanı alıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə futbolçu tənqid olunub.
O, bu hadisədən sonra üzr istəyib: "Mən milyonçu deyiləm. Klub bizdən formalar üçün pul alır, azarkeşlərin forma üçün pul təklif etməsi mənə normal göründü. Düzdür, etməməliydim. Ümid edirəm ki, insanlar bu vəziyyəti başa düşürlər".

Günün Top 10 Xəbəri