05.06.2023 12:27
Oxunub: 11 dəfə

Futbol karyerasını başa vurdu

Milanda çıxış edən dünyaca məşhur olan Zlatan İbrahimoviç aktiv futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
SonXeber.Biz xəbər verir ki, komandadan ayrılacaq veteran hücumçu İbrahimoviç üçün xüsusi mərasim keçirilib.
"Milan"ın "Hellas Verona" ilə matçından sonra keçirilən mərasimdə göz yaşlarına hakim ola bilməyən İbrahimoviç "Milan" azarkeşləri, komanda yoldaşları və texniki komitə tərəfindən uzun müddət alqışlanıb.
Qarşılaşmadan əvvəl qırmızı-qara geyimli azarkeşlər xüsus rəqslər nümayiş etdirib.

Günün Top 10 Xəbəri