17.04.2024 12:27
Oxunub: 3 dəfə

"Fransanın Azərbaycandakı səfirini geri çağırması dövlətimizə qarşı növbəti təxribatdır" - DEPUTAT

"Fransanın 44 günlük Vətən müharibəsindən sonra atdığı addımlar Azərbaycanla-Ermənistan arasında münasibətlərin yenidən gərginləşdirməyə xidmət edir".
Bunu SonXeber.Biz-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, Fransanın Azərbaycandakı səfirini geri çağırması bu dövlətin ölkəmizə qarşı növbəti təxribatıdır:
"Fransa son 3 il yarım müddətdə atdığı addımlarla Azərbaycanla olan dostluq münasibətlərini zədələməkdədir. Bu gün Azərbaycan bütün dövlətlərlə dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa çalışır. Təəssüf ki, bunu Fransaya aid etmək olmaz. Fransa hər zaman Azərbaycana qarşı qərəzli mövqedə dayanıb. Vətən müharibəsindən sonrakı dövrdə qəbul Fransa senatının qəbul etdiyi əssasız qətnamələr, səfirliyimizə qarşı edilən hücumlar və Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstünə qarşı edilən barbarlıq bu ölkənin dövlətimizə qarşı qərəzli mövqeyinin sübutudur".
Deputat vurğulayıb ki, Fransanın atdığı addımlar regionda vəziyyəti gərginlişdirməyə və bölgədə sülhün təmin olunmasına maneə olmağa çalışır:
"Heç kəsə sirr deyil ki, 30 il ərzində Fransa gizli şəkildə Ermənistana dəstək olub. ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi neytral mövqe tutmalı olan Fransa 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə əsil üzünü büruzə verdi. Fransa 3 il yarım müddətdir ki, müxtəlif yollarla Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maneə olmağa çalışır. Fransa Azərbaycanın bölgədə yaratdığı yeni reallıqla barışmalıdır. Azərbaycan heç bir zaman haqlı mövqeyindən geri çəkilməyəcək və Fransanın regionu gərginləşdirməyə yönəlmiş addımlar bizi yolumuzdan döndərə bilməyəcək. Fransa tutduğu qərəzli mövqeyini dəyişməsə Azərbaycan bu ölkə ilə münasibətlərinə yenidən baxmalı olacaq. Hətta Azərbaycan da Fransadakı səfiri geri çağıra bilər. Düşünürəm ki, tezliklə dövlətimiz bu istiqamətdə lazım olan addımları atacaq".
Qeyd edək ki, Fransa Azərbaycandakı səfirini geri çağırıb.

Günün Top 10 Xəbəri