18.04.2024 19:36
Oxunub: 5 dəfə

Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib

Fransada Rusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnayanın evi müsadirə olunub.
Anqletdə yerləşən Art Deko üslublu villa 2013-cü ildə rusiyalı sahibkar və Lyudmilanın əri Artur Oçeretnı tərəfindən alınıb. 5 000 kvadratmetrlik mülk sahibinə 5,4 milyon avroya başa gəlib və vəsaitlərin mənşəyi "müəmmalı olaraq qalır".
Villaya 6 dekabr 2023-cü ildə Fransa məhkəməsi tərəfindən həbs qoyulub.
Bildirilib ki, Oçeretnayanın villasından başqa, daha bir neçə Kremlə yaxın oliqarxların mülkləri nəzarət altındadır. (SonXeber.Biz)

Günün Top 10 Xəbəri