07.04.2024 19:45
Oxunub: 6 dəfə
"Formula 1" Yaponiya Qran Prisinin qalibi bəlli oldu
"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula 1" üzrə dünya çempionatının dördüncü mərhələsinin - Yaponiya Qran Prisinin qalibi olub. Yarış "Suzuka" trekində baş tutub.
Onun komanda yoldaşı meksikalı Serxio Peres ikinci yeri tutub. İlk üçlüyü "Ferrari" komandasının ispan pilotu Karlos Saynz qapayıb.
Ümumi hesabda üçqat dünya çempionu Ferstappen 77 xalla birinci yeri tutur. Peres ikincidir (64 xal). Üçüncü yerdə isə Monakodan olan "Ferrari" sürücüsü Şarl Lekler (59) qərarlaşıb. Konstruktorlar çempionatında "Red Bull" birinci yeri tutur (141 xal). İlk üçlüyə həmçinin "Ferrari" (120) və "McLaren" (69) daxildir.
Qeyd edək ki, "Formula 1"in növbəti mərhələsi aprelin 19-dan 21-dək Çində keçiriləcək.(SonXeber.Biz)
Günün Top 10 Xəbəri
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
Dünən, 21:27
6
Qadın 13 yaşından oğlana təcavüz etdi
Dünən, 21:54
4
Ölümdən sonrakı həyat haqqında MARAQLI FAKTLAR
Dünən, 22:09
4
Zelenski onu da vəzifəsindən azad etdi
Dünən, 22:18
1
"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər
Dünən, 22:54
1
Kosmosa da turist səfərləri başladı
Dünən, 23:09
1