14.04.2024 21:18
Oxunub: 11 dəfə
Firəngiz Mütəllimova vəfat edən qardaşından yazdı - "Sənsiz bir il"
Xalq artisti Firəngiz Mütəllimova dünyasını dəyişən qardaşı İlhamla bağlı paylaşım edib.
SonXeber.Biz xəbər verir ki, aktrisa qardaşının ölümündən bir il ötdüyünü yazıb.
"Sənsiz bir il. Bunu qardaşını qəfil itirən bacılar bilər. Ürəyimin parçası, canım qardaşım, məkanın cənnət olsun. Allah sənə rəhmət eləsin, İlham. Ruhun şad olsun. Allah ailəni və əzizlərini qorusun" deyə, F.Mütəllimova bildirib.
Qeyd edək ki, aktrisanın qardaşı ürək xəstəliyindən əziyyət çəkirdi. O, ötən il dünyasını dəyişib.
Günün Top 10 Xəbəri
Saxta pullarla insanları aldatma halları artır - VİDEO
Dünən, 08:36
2
"Məzun günü" üçün restoranlarda yer tapılmır - VİDEO
Dünən, 08:36
2
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 09:18
1
Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO
01:00:14
0