15.03.2021 00:15
Oxunub: 1690 dəfə

"Fənərbaxça" evdə məğlub oldu

Futbol üzrə Türkiyə Super Liqasında 30-cu turun oyunları keçirilir.
SonXeber.Biz "Qafqazinfo"ya istinadən xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.
"Ərzurumspor" – "Trabzonspor" matçında hesab açılmayıb. "Ankaragücü" "Göztəpə"ni, "Qaziantep" isə "Dənizlispor"u məğlub yola salıb.
"Fənərbaxça" isə doğma meydanda "Gənclərbirliyi" ilə üz-üzə gəlib. İstanbul təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb.
Türkiyə Super Liqası
30-cu tur
14 mart
Ankaragücü – Göztəpə 3:0
Qol: Borven, 28; 61. E.Çekici, 63.
Qaziantep – Dənizlispor 2:0
Qol: Dikko, 70. M.Demir, 90+5-pen.
Ərzurumspor – Trabzonspor 0:0
Fənərbaxça – Gənclərbirliyi 1:2
Qol: Novak, 35 – S.Aziz, 40-öz qapısına. Ayite, 63.

Ən çox oxunanlar