28.03.2024 19:09
Oxunub: 6 dəfə

Fəhlə Cavanşir Məmmədova meydan oxudu: "Verməsəm, nakişiyəm"

Əməkdar artist Cavanşir Məmmədov yeni bir polemikanın əsasını qoyub. O, qonaq olduğu verilişdə fəhlələrin gördüyü işin müğənnilikdən asan olduğunu bildirmişdi.
Lent.az-ın xəbərinə görə, o, "Allah mənə fəhlə gücü versin, onların işi bizimkindən asandır" deməklə fəhlələrin narazılığına səbəb olub.
Bir fəhlə sosial şəbəkə vasitəsilə ona cavab verib.
"Gəl, bir gün mənimlə palçıq qarışdır. Aşağıdan yuxarı mərtəbəyə qum daşı, toyda danışdığın pulu sənə verməsəm, nakişiyəm. Sənə meydan oxuyuram, mən sənə fəhləlik meydanı oxuyuram", - həmin şəxs bildirib.

Günün Top 10 Xəbəri