19.09.2023 10:09
Oxunub: 2 dəfə

Ermənistan və Finlandiya xarici işlər nazirləri görüşüb

Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə görüşüb.
SonXeber.Biz xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
İki nazir arasında avqustun sonunda keçirilmiş telefon danışığının davamı olaraq Ararat Mirzoyan və Elina Valtonen demokratik dəyərlərə əsaslanan ikitərəfli gündəliyin genişləndirilməsi və qanunun aliliyinin gücləndirilməsinə yönəlmiş prioritetləri daha ətraflı müzakirə ediblər. Bu kontekstdə hər iki tərəfin daha iddialı siyasi gündəm formalaşdırmağa hazır olduğu vurğulanıb.
Həmsöhbətlər Ermənistan-Avropa İttifaqı əməkdaşlığına da toxunublar. Nazir Mirzoyan Finlandiyanın Ermənistanda Aİ-nin mülki monitorinq missiyasında iştirakını yüksək qiymətləndirib.

Günün Top 10 Xəbəri