08.04.2024 16:18
Oxunub: 8 dəfə

"Ermənistan ordusu yaxşı bilir ki, hücuma keçib Azərbaycanın hansısa ərazisini işğal etməyə gücü yoxdur" - Ekspert

Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbyacanın yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Proseslər belə davam edərsə, iki ölkə arasında yenidən müharibə başlaya bilərmi?
Məsələ ilə bağlı hərbi ekspert Tərlan Eyvazov SonXeber.Biz-a açıqlama verib.
Ekspert bildirib ki, Fransa və Rusiyanın regionda qarışıqlıq olmasını istəyir:
"Regionda qarışlıq olması istəyən ölkələr var. Fransa və Rusiya regionda qarışıqlıq olmasını istəyir. Fransa həmin ərazidə olan fransız mülki müşahidəçilərə nəsə olması və aranın qarışmasını istəyir. Rusiya isə Azərbyacan əli ilə Paşinyanı cəzalandırmaq istəyir. Sərhədlərin təyin olunması iki ölkə üçün vacibdir. Bu atəşkıəsin pozulmaları iki ölkə üçün də lazım deyil. Ermənistan ordusu yaxşı bilir ki, hücuma keçib hər hansısa Azərbaycan ərazisini işğal etməyə gücü yoxdur. Ona görə də tərəflər sakitləşib, danışıqlar masasına əyləşəcəklər".

Günün Top 10 Xəbəri