17.04.2024 13:36
Oxunub: 3 dəfə

"Bu gün Ermənistan Naxçıvana quru yolun açılmasına maneə törədir" - DEPUTAT

"Azərbaycanın kəndlərini 90-cı illərdə işğal edən, əhalisini soyqırıma məruz qoyan, tarixi abidələrini, mədəni irsini darmadağın edən Ermənistan cinayətlərini ört-basdır etməkdən, Qazaxın işğal altında olan kəndlərini qaytarmamaqdan ötrü bəhanələr uydurur".
Bunu SonXeber.Biz-a danışan deputat Müşfiq Cəfərov bildirib.
Deputat qeyd edib ki,Azərbaycan hələ 2020-ci ilin 10 noyabr bəyannaməsinin imzalanmasından sonra 9-cu bəndin icrasını gözləyir:
"Amma Ermənistan Naxçıvana quru yolun açılmasına maneə törədir. Əgər Zəngəzur dəhlizini danışıqlar yoluyla açacaqlarsa o halda İrəvan-Tiflis yolundan da təhlükəsizlik şəraitində istifadə edəcəklərinə dövlətimiz tərəfindən əminlik verilir. Eyni zamanda Kərki kəndinin azad olunmasından sonra İrana da bu ərazidən keçib gedə biləcəklər. Yox, əgər yenə də dinc yolu seçməyib, terrorlara cəhd edəcəklərsə o zaman qeyd etdiyim bütün məsələrdə dövlətimizin irəli sürdüyü bütün şərtlərə qane olacaqlar. Qafan-Gorus yolunun Qubadlı ərazindən keçən hissəsinə nəzarətimizi təmin edəndə də Ermənistan rəhbərliyi və havadarları ciddi ciddi səs- küy salırdılar. Hətta İranı da müttəfiqləri cərgəsinə daxil etmişdilər. Amma nəticədə Azərbaycan gömrük postunu qoydu, beynəlxalq qanunlara əsasən, keçid təmin olunur, ötən illərdə bütün hərəkət fəaliyyəti tam təhlükəsiz təmin olunub. Gah Tiflis yolunu, gah da Ermənistana gedən qaz kəmərini bahanə edirlər. İndi onların irəli sürdükləri absurd fikirlərə görə dövlətimiz 7 kəndi pay verməyəcək. Erməni rəhbərləri də bu kəndlərin Azərbaycan kəndlərin olduğunu etiraf edib, üstəlik, bir müddət əvvəl nümayəndə heyətimizin əraziyə baxış keçirdiyi də erməni mediasında öz təsdiqini tapıb. Hətta bəzi mənbələrin etirafına görə ilkin mərhələdə azı 4 kəndin - Bağanis Ayrım, Yuxarı Əskipara, Xeyrimli və Qızıl Hacılının qaytarılması nəzərdə tutulub, hansı ki, bu kəndlərin geri qaytarılması Ermənistan üçün problem yaratmır. Geri qalanları mərhələli şəkildə cəmiyyətin qəbul edib tədricən əraziləri boşaltmasını planlayırlar. Qısaca Ermənistanda rəhbərlik həmişəki kimi sadəcə vaxt qazanaraq adutoriyaya oynayır".

Günün Top 10 Xəbəri