16.04.2024 17:18
Oxunub: 4 dəfə

"Ermənistan beynəlxalq güc mərkəzlərinin maşası rolunda çıxış edir" - Ekspert

Son zamanlar bir sıra dünya ölkələri arasında gərginlik artmaqda davam edir. Bu proseslər Azərbaycan və Ermənistan münasibətinə necə təsir edə bilər?
Məsələ ilə bağlı politoloq Tural İsmayılov SonXeber.Biz-a açıqlama verib.
Politoloq Ermənistanın qızışdırılması Cənubi Qafqazı təhdit etdiyini bildirib:
"Son dövrlər Azərbaycanın şimal qonşusu Rusiyanın Ukrayna ilə müharibəsində gərginliyin arxa fona keçə bilməməsi, cənub qonşumuz İran və onun dəstəklədiyi qüvvələrin dünyanın bir çox çoğrafiyalarında qarışıq hərbi ritorikalara alət olması, bütün dünyada alovlanmağı gözlənilən yeni təxribat ocaqları III dünya müharibəsi riskini yaxın edir.
Azərbaycan bütün bu proseslərdə ictimai-siyasi stabilliyin ən yüksək səviyyədə olduğu bir ölkə kimi xüsusi diqqətə layiqdir. Biz ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçirilən görüşdən sonra, Ermənistanın sistematik şəkildə Azərbaycan əleyhinə qızışdırıldığına şahidlik edirik. Bu da təhlükəli planların və oyunların olduğunu göstərir.
Xarici qüvvələr Ermənistan vasitəsi ilə Cənubi Qafqazı qarışdırmaq istəyir. Burada yeni münaqişə ocaqları yaratmaq istəyir. Bu proses də Azərbaycanla münasibətləri gərginləşdirmək üçün məqam axtaranlar Ermənistan kartını ortaya atır. Ermənistan beynəlxalq güc mərkəzlərinin maşası rolunda çıxış etdiyi üçün bu ölkənin qızışdırılması Cənubi Qafqazı təhdit edir".

Foto

Günün Top 10 Xəbəri