29.03.2024 11:00
Oxunub: 7 dəfə

"Ermənistan Azərbaycanla sülh istəyirsə mütləq şəkildə işğal altındakı 8 kəndimizi geri qaytarmalıdır" - DEPUTAT

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib.Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. Bildirib ki, Ermənistan hakimiyyəti 4 kəndi Azərbaycana qaytarmaq istəsə də, müqavimət göstərməklə bunun qarşısını ala bilərlər. Ohanyan daha əvvəl bu kəndlərdə yerləşən erməni ordusunun birləşmələrini hakimiyyətə qarşı mübarizəyə və Azərbaycanla müharibə aparmağa çağırmışdı. Azərbaycan kəndlərinə gələn Ohanyanın buradakı hərbçilərlə görüşdüyü, kəndlər qaytarıldığı zaman onları müqavimət göstərməyə sövq etdiyi istisna edilmir.
Bununla bağlı SonXeber.Biz-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Seyran Ohanyanın sözləri populist çıxışdan başqa bir şey deyil:
"O, Azərbaycan ordusunun gücünü yaxşı bilir. Seyran Ohanyan bilir ki, Ermənistan o kəndləri qaytarmaqdan imtina edərsə və Azərbaycana qarşı təxribat törədərsə bunun cavabını çox şərt şəkildə alacaqlar. Törədilən hər bir təxribatın məsuliyyəti Seyran Ohanyanın üzərində düşəcək. Ermənistan yaxşı bilir ki, Azərbaycan o torpaqları da geri alacaq. Seyran Ohanyan bu gün populist çıxışlarla siyasi reytinqini qaldırmağa çalışır. Ermənistan Azərbaycanla sülh istəyirsə mütləq şəkildə işğal altIndakı 8 kəndimizi geri qaytarmalıdır. Birinici mərhələdə Azərbaycan sərhədə bitişik 4 kəndin qaytarılmasını istəyir. Bununla bağlı Ermənistan müvafiq tədbirlər görməlidir. Ermənistandakı müxalifət nümayəndəsinin nə deməsi bizim üçün əhəmiyyət daşımır. Eyni zamanda Ermənistan unudur ki, Azərbaycan ötən əsirin 90-cı illərin əvvəlində olduğu kimi gücsüz dövlət deyil. Bu gün Azərbaycan öz hüquqlarını qorumaq gücünə malikdir. Bunun üçüm lazım olan resursları da var. Zaman ədalətin, hüququn və haqqın tərəfindədir. Bunların hər biri də Azərbaycana aid olan məsələlərdir".

Günün Top 10 Xəbəri