06.06.2023 15:45
Oxunub: 17 dəfə

Ən bahalı futbolçuların adları açıqlandı - SİYAHI
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı 100 futbolçusunun adını açıqlayıb.
Siyahının ilk pilləsində "Mançester Siti"nin hücumçusu Erlinq Holand qərarlaşıb. 23 yaşlı norveçlinin transfer qiyməti 245,1 milyon avro göstərilib.
"Real"ın və Braziliya yığmasının vingeri Vinisius Junior (196,3 milyon avro) ikinci, "Arsenal"ın və İngiltərə millisinin hücumçusu Bukayo Saka (195,8 milyon avro) üçüncü sırada yer alıb.
İlk "10-luq"da Dortmund "Borussiya"sından Cud Bellinqem (190,2), "Real"dan Rodriqo (184,5), "Barselona"dan Pedri (178) və Qavi (174,1), "Bavariya"dan Camal Musiala (170,2), "Mançester Siti"dən Fil Foden (166,8), PSJ-dən Kilian Mbappe (163,2) də var./SonXeber.Biz
Günün Top 10 Xəbəri
Amerikalı mütəxəssislər COVID-19-a yoluxma ilə bağlı növbəti dəfə xəbərdarlıq ediblər


Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO


Yevlaxdakı görüş sabah olacaq


Paşinyan erməni xalqına müraciət edəcək


İki gün sonra nişanı olacaqdı... - Foto


İqor Nikolayev mürəkkəb ürək əməliyyatı keçirib


"Kərimə salam verdim, almadı" - Ağamirzə

