25.09.2022 22:36
Oxunub: 22 dəfə

Emin Mahmudov: "Xalqımız bu qələbələri çoxdan gözləyirdi"

"Ardıcıl 3-cü qələbəmizi qazandıq. Xalqımızı sevindirdik. Onlar bu qalibiyyətləri çoxdan gözləyirdi".
Bunu Azərbaycan yığmasının futbolçusu Emin Mahmudov Bakıda Qazaxıstana 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
30 yaşlı yarımmüdafiəçi yaxşı oynadıqlarını bildirib: "Uğurlu nəticə əldə etdik. Sevindirici haldır ki, seçmə mərhələyə qələbə ilə yekun vurduq".

Ən çox oxunanlar