17.09.2023 20:54
Oxunub: 1 dəfə

Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksəldi
Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında finala yüksəlib.
"Report"un məlumatına görə, 92 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini məğlub edərək, həlledici görüşə vəsiqə qazanıb.
O, sentyabrın 18-də finalda qazaxıstanlı Rizabek Aytmuxanla qarşılaşacaq.
Yarışın ikinci günündə mübarizəyə qoşulan Turan Bayramov (74 kq) və Orxan Abasov (79 kq) yarımfinala qədər irəliləsələr də, finala adlaya bilməyiblər. Onlar sabah bürünc medal uğrunda yarışacaqlar.
57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə isə 1/8 finalda məğlub olub.
Qeyd edək ki, lisenziya xarakterli dünya çempionatı sentyabrın 24-də başa çatacaq.
Günün Top 10 Xəbəri
"Azərbaycan-Türkiyə münasibətləri regionda sülhün, sabitliyin və dayanıqlı inkişafın yeganə qarantıdır"-ŞƏRH


Xankəndidə baş verən partlayış nəticəsində 200-dən çox insan xəsarət alıb - YENİLƏNİB + FOTO/VİDEO


Körpəsini binadan atan qadın onu tualetdə dünyaya gətiribmiş...


Ərdoğan Naxçıvan səfərindən danışdı


Ermənidən azərbaycanca etiraf:"Ermənilər millət deyil, azərbaycanlıları çox sevirəm" -VİDEO


Yeni doğulan uşağa Metamfetamin adı verdilər

