29.03.2024 17:45
Oxunub: 10 dəfə

Dostunu borca görə amansızlıqla BIÇAQLADI - FOTOLAR

Türkiyədə dostlar arasında borc üzərində dava düşüb. Nəticədə bir nəfər bıçaqlanıb.
SonXeber.Biz türk mediasına istinadən xəbər verir ki, İstanbula işləmək üçün gələn üç dost bir evdə birlikdə yaşamağa qərar veriblər. Bir müddət sonra aralarında borc məsələsi olan üç dost küçədə qarşılaşıblar.
Başlayan mübahisə qısa müddət ərzində davaya çevrilib. Dava zamanı şəxs dostunu bıçaqlamağa başlayıb.
Ətrafdakı insanlar vəziyyəti görüb müdaxilə etməyə çalışsalar da, dava uzun müddət davam edib. Nəticədə oğlan bıçaq zərbələri nəticəsində ayağından, qarnından və çiynindən xəsarət alıb .
Dostuna xəsarət yetirən şəxs hadisə yerindən uzalaşıb. Yaralı isə ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları hadisə ilə əlaqədar cinayət işi açaraq araşdırmalara başlayıb. Bıçaqlanma hadisəsi isə təhlükəsizlik kameralarında əks olunub.

Foto

Foto

Günün Top 10 Xəbəri