28.03.2024 11:27
Oxunub: 13 dəfə

Dilənçinin gözü döndü: Ona pul vermək istəməyən qadını BIÇAQLADI- VİDEO

Türkiyədə dilənçi qadını bıçaqlayıb.
SonXeber.Biz xarici mediaya istinadən xəbər verir ki, dilənçi ona pul vermək istəməyən qadını bıçaqlayıb.
Hadisə ötən gün saat 17:00 radələrində Altıntaş Mahallesi İstasyon meydanında yerləşən restoranlardan birində baş verib. İddialara görə, uşağı ilə dilənən Hayriye Kırbaş adlı qadın restoranda yemək yeyən qadından pul istəyib. Qadın ona pul verməyib. Nəticədə iki qadın arasında mübahisə düşüb. Bu zaman qəzəblənən dilənçi qadını ayağından bıçaqlayıb.
Polis qısa müddət ərzində dilənçini saxlayıb. 31 yaşlı dilənçi məhkəmə qərarı ilə həbs edilib

Günün Top 10 Xəbəri