28.03.2024 11:36
Oxunub: 6 dəfə

Dilan Polatın "qara qutusu" Şule əvvəl villa aldı, sonra gecə klubu açdı

Dilan Polatın özbəkistanlı köməkçisi Xaydarova deportasiya edildikdən sonra ölkəsində gecə klubu açıb.
SonXeber.Biz xarici mediaya istinadən xəbər verir ki, Dilan Polatın qara qutusu kimi tanınan özbəkistanlı köməkçisi Şulə gecə klubu açıb.
Ölkəsinə qayıdarkən təyyarədən çəkdirdiyi TikTok videosunu "Millət olaraq dincəl, mən gedirəm" sözləri ilə paylaşan özbək əsilli Şule ölkəsində gecə klubu açıb. Şulenin dostunun klubdan çəkdirdiyi videonu "Uğurlar" qeydi ilə paylaşmasından sonra əyləncə sektoruna addım atdığı öyrənilib. Dilan Polatın köməkçisi Şule daha əvvəl aldığı lüks evi ilə diqqət çəkib.
Xatırladaq ki, gözəllik mərkəzi sahibləri və sosial media fenomeni Dilan Polat və Engin Polat cütlüyü həbs edilib. Onlar çirkli pulların yuyulmasında ittiham olunurlar.

Günün Top 10 Xəbəri