17.10.2021 23:54
Oxunub: 17 dəfə

Deputatdan Hərbi Qənimətlər parkının məktəblilər üçün pullu olmasına ETİRAZ

Bildiyimiz kimi, xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi məqsədilə aprelin 12-də Prezident İlham Əliyevin iştirakı ilə Hərbi Qənimətlər parkı vətəndaşların istifadəsinə verilib.
Hər bir azərbaycanlının qürurla ziyarətə getdiyi parkın ödənişli olması isə deputat Fazil Mustafanı narahat edib.
Bununla bağlı olaraq millət vəkili "Facebook" hesabında parkın ödənişli olmasına etiraz edib.
"Məktəbliləri Qənimət Parkına aparırlar. Uşağın birinə iki manat ödənişdir. Uşaqdan da pul almağı qənimət bilirlər. Halbuki uşaqlara şərait yaratmaq lazımdır ki, gəlib rahatlıqla ziyarət etsinlər və müharibə haqqında təsəvvürləri formalaşsın. Vətənpərvərliyi də ödənişsiz şəkildə təbliğ edə bilmirik", - deyə deputat bildirib.

Ən çox oxunanlar