24.03.2024 21:45
Oxunub: 12 dəfə

Dəhşətli hücumda zərər çəkənlərə 1 milyon ianə etdi

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Moskvada "Crocus City Hall" ticarət mərkəzində silahlı insident zamanı əziyyət çəkənlərə maddi yardım edib.
SonXeber.Biz xəbər verir ki, sənətçi Rusiya Qırmızı Xaç Cəmiyyətinə 1 milyon rubl (18451manat) ianə edib. Bu haqda ifaçı sosial şəbəkə hesabında bölüşüb.
Navai izləyicilərini də yardım etməyə çağırıb.
Qeyd edək ki, iş adamı Araz Ağalarova aid olan mərkəzdə törədilən terror aktı nəticəsində 133 nəfər həlak olub, 107 nəfər xəsarət alıb.

Foto

Günün Top 10 Xəbəri