13.01.2022 16:54
Oxunub: 44 dəfə

DƏHŞƏT: Keçmiş arvadını evinin önündə yandırdı - VİDEO

Türkiyənin Ordu şəhərində qadın keçmiş həyat yoldaşı tərəfindən yandırılıb.
SonXeber.Biz-ın "DHA" agentliyinə istinadən məlumatına görə, keçmiş həyat yoldaşının evinə gedən ər sərt mübahisə edərkən arvadının üzərinə yandırıcı maddə töküb.
O, polisə ifadə verən zaman qeyd edib ki, arvadı Elvan Sözkesənlə maddi problemlərə görə mübahisə edib.
Kişinin iddiasına görə, Elvan ondan borc pul alıb və qaytarmayıb.
Qadının qışqırıq səslərinə gələn qonşu alovu vedrədə gətirdiyi su ilə söndürməyə çalışıb. Elvan qonşunun evindəki hamama girərək suyu açıb və özünü söndürüb.
Qonşular hadisə yerinə təcili tibbi yardım və polis çağırıblar. Hazırda qadın ikinci dərəcəli yanıq xəsarətləri diaqnozu ilə müalicə olunur.
Cinayətkar saxlanılaraq polis bölməsinə aparılıb.

Aysel SƏFƏRZADƏ SonXeber.Biz Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 40   Tarix: 13 yanvar 2022   Şikayətiniz varsa Whatsapp: 051 7028255Facebookda Paylaş

Foto

Foto

Ən çox oxunanlar