07.04.2024 21:36
Oxunub: 15 dəfə

Dani Alveş həbsdən girov müqabilində buraxıldıqdan sonra ilk paylaşımını edib: "Doğru deyil"

Braziliya milli futbol komandasının və Kataloniya "Barselona"sının keçmiş müdafiəçisi Dani Alveş həbsdən çıxandan sonra ilk paylaşımını dərc edib.
SonXeber.Biz-ın məlumatına görə, o, bir gün əvvəl "El Periodico"da dərc olunan məqaləyə münasibət bildirib.
"Hansısa mediaya müsahibə verdiyim barədə deyilənlər doğru deyil. Məhkəmə bitənə qədər müsahibə verməyəcəyəm", - deyə Alveş sosial şəbəkə hesabında yazıb.

Günün Top 10 Xəbəri