27.03.2024 18:36
Oxunub: 9 dəfə

"Crocus"da insanları xilas edən təşkilatın rəhbəri də ölübmüş...

Moskva yaxınlığındakı "Crocus City Hall"da baş verən terror aktı zamanı yüzlərlə insanın qaçmasına kömək edən tələbə təşkilatının rəhbəri həlak olub.
SonXeber.Biz xəbər verir ki, onun adı Rusiya Fövqəladə Hallar Nazirliyinin saytında dərc olunan qurbanlar siyahısındadır.
Faciə günü təşkilatın iki üzvü ziyarətçilərə binadan çıxmağa kömək edib. Onlar deyiblər ki, terror aktı baş verən gün "Crocus"da 105 işçi olub, onların hamısı sağ qalıb. Lakin təşkilatın yaradıcısı Andrey Syropyatov yoxa çıxıb. Daha sonra onun adı terror aktı nəticəsində həlak olanların yenilənmiş siyahısında yer alıb.
Fövqəladə Hallar Nazirliyi martın 26-da axşam saatlarında yenilənmiş siyahını açıqlayıb. Hazırda terror aktının qurbanlarının sayı 144 nəfərdir, daha 182 nəfər yaralanıb.

Günün Top 10 Xəbəri