07.04.2024 13:18
Oxunub: 19 dəfə

Cəlilabadda avtomobil yeniyetməni vuraraq ağır xəsarət yetirib

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SonXeber.Biz-ın məlumatına görə, avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Ağayev Anar Namiq oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.
Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

Günün Top 10 Xəbəri