04.04.2024 20:18
Oxunub: 11 dəfə

Bu tarixdə Günəş tutulması baş verəcək

Aprelin 8-də Şimali Amerikanın bəzi hissələrindən görünəcək tam Günəş tutulması baş verəcək. Tam Günəş tutulmasının müddəti onu müşahidə etdiyiniz yerdən asılı olacaq.
Ölkə.Az xəbər verir ki, təbiət hadisəsi ümumilikdə 3 saat 16 dəqiqə 45 saniyə davam edəcək.
Bu, yalnız Şimali Amerikada 185 km eni olan ərazidən görünəcək.
Bundan əvvəl alimlər araşdırma aparıb və müəyyən ediblər ki, insanlar günəş tutulmalarını izləmək üçün ölkənin müxtəlif yerlərinə səfər edəndə ölümlə nəticələnən qəzaların sayı artır. Xüsusilə 2017-ci ilin tutulması zamanı ölümlə nəticələnən qəzaların sayı təxminən 31% artıb.
Araşdırmaya görə, eyni şey 8 aprel tutulması zamanı da baş verə bilər.

Günün Top 10 Xəbəri