22.09.2022 23:09
Oxunub: 6 dəfə

Bu ölkənin gözəli köləlikdən son anda QAÇDI

Macarıstanı "Miss Universe 2021" gözəllik yarışmasında təmsil edən Viktoriya Yazmin modellik üçün getdiyi Şimali Makedoniyada aldadılıb.
Lent.az xəbər verir ki, bu barədə "Blikk" məlumat yayıb.
Məlumata görə, özünü agent kimi təqdim edən şəxs 21 yaşlı qızı geyim kolleksiyasının fotosessiyasında iştirak etməyə çağırıb.
Təkliflə razılaşan Viktoriyanı Makedoniyada cinayətkarla qarşılayıb. Onlar qızı otelə apararaq pasportunu götürüblər. Cimmi adlı kişinin oğurladığı qıza hər gün nəzarət olunub və içki verilib. Viktoriya oyanandan sonra heç nə xatırlamadığını da qeyd edib.
Ertəsi gün Yazminlə yanaşı Fransadan gələn qızlardan biri imkan taparaq polisə zəng edib. Sonra İnterpol məsələni öz üzərinə götürüb və qızlar xilas olunub.
Hazırda Viktoriya Yazmin psixoloji reabilitasiyadan keçir.

Ən çox oxunanlar