19.04.2024 10:09
Oxunub: 5 dəfə

Bu məhsulları küçədə satanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Yol kənarlarında və bazarlarda qida məhsullarının satışı aparılır. Bu tendensiyaya son zamanlar daha çox rast gəlinir. Kənd məhsullarının satışında sanitariya və gigiyena qaydalarına çox da diqqət yetirilmir. Bu da həmin qidaları qəbul edən vətəndaşların sağlamlığına mənfi təsir göstərir.
SonXeber.Biz xəbər verir ki, qida mütəxəssis Məhsəti Hüseynova "Apa TV"yə açıqlama verib. O bildirib ki, yüksək risk qrupuna aid olan bu məhsullar temperatur rejiminə əməl olunmaqla satılmalıdır.
"Heyvan mənşəli məhsulların insan orqanizminə keçən xəstəliklər var ki, bunlar salamonin, labrosiliozdur ki, keyfiyyətli saxlanılmalidır. Həmin məhsulların tərkibində dəyişiklik baş verdiyinə görə insan orqanizmində ciddi fəsadlar yarana bilir. Artıq yay mövsümü yaxınlaşır və temperatur yüksəldikcə bu məhsullar istiliyə məruz qaldıqda bir sıra maddələr onun tərkibinə keçir. Bu da xərçəng xəstəliyi yaradan maddələrin yaranmasına səbəb olur.
Sakinlər deyir ki, bu cür satışların həyata keçirilməsi ilə razı deyil. Bildirilib ki, sanitariya qaydalarına əməl olunmur və xəstəlik yaranır. Cavablardan aydındır ki, bu vəziyyətin davam etməsi insanların narahat edir.
Ətraflı "Apa TV"nin süjetində:

Günün Top 10 Xəbəri