29.03.2024 10:09
Oxunub: 8 dəfə

Bu evlər "kupça"sız qalacaq? - AÇIQLAMA+VİDEO

Bakı və ətraf ərazilərdə çıxarışı ala bilməyən yüz minlərlə fərdi həyat evi var. Çıxarışların verilməməsinin əsas səbəbi həmin ərazilərin fərqli təyinatda olması, rvləjrj qadağan olunmuş ərazilərdə inşa edilməsi və tikinti normalarının uyğunsuzluğudur.
SonXeber.Biz xəbər verir ki, mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Apa TV"yə açıqlama verib:
"Çıxarışı olmayan həyat evlərinin yüz mindən böyük hissəsi fərdi təyinatlarda tikilmiş evlərdir. Bunların ilkin sənədləri zamanında bağ idarələri, kolxoz və sovxozlar tərəfindən, daha sonra isə yerli icra hakimiyyəti və bələdiyyələrin sərəncamı əsasında ayrılmış torpaqlardır. Bu sərəncamlar ilə həmin torpaqlar yaşayış massivləri üçün nəzərdə tutulub".
Torpaqların təyinatının fərqli olması səbəbindən onların mülkiyyət hüququnun tanınmaması ilə yanaşı, dövlət büdcəsi əmlak və torpaq vergisindən məhrum olur.
" Sənədsiz evlərin qeydiyyata alınması bir tərəfdən vətəndaşların mülkiyyətinin tanıdılması baxımından vacibdir. Digər tərəfdən həmin əmlakların iqtisadi aktiv dövriyyəyə cəlb edilməsindən, həmin əmlaklar vasitəsilə maliyyə resurslarının cəlbinə, eyni zamanda əmlak sektorundan dövlət büdcəsinə daxil olmaların artmasına gətirib çıxara bilər".
Deputat Vüqar Bayramov təklif edir ki, kənd təsərrüfatı torpaqlarının statusunun dəyişdirilməsi məsələsi mümkündürsə, statusun dəyişdirilib onların qeydiyyata alınması həyata keçirilsin.
Ətraflı "Apa TV"nin süjetində:

Günün Top 10 Xəbəri