17.04.2024 11:45
Oxunub: 11 dəfə

Bu ərazilərdə yerləşən sənədsiz EVLƏR SÖKÜLƏ BİLƏR - AÇIQLAMA

Bakı və ətraf ərazilərdə çoxsayda sənədsiz evlər mövccuddur. Bu sənədsiz evlər müvafiq kateqoriya üzrə qadağan olunan ərazilərdə tikildiyi üçün vətəndaşlar çıxarış ala bilmir və həmin evlər sökülür. Artıq Azərbaycanda sənədsiz evlərin sökülməsi ilə bağlı müavfiq işlər görülür və bu barədə təkliflər aktuallaşıb. Bəs hansı ərazilərdə yerləşən sənədsiz evlər söküləcək?
Mövzu ilə bağlı SonXeber.Biz-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, hazırda sənədsiz evlərin sayı demək olar ki, Bakının bütün rayonlarında mövcuddur:
"O evlərin sökülə bilər ki, onlar kommunikasiya xətləri, yüksək gərginlikli elektrik xətləri və qaz kəmərlərinin üzərində yerləşirsə, o cümlədən neft şirkətlərinin istifadəsinə ayrılan torpaq sahələrinin gələcəkdə sökülməsi həyata keçirilə bilər. Bu yanaşma belədir ki, əgər hansısa qaz kəmərinin yaxud su kəmərinin yerinin dəyişdirilməsi mümkün olarsa və həmin ərazilərdə evlər daha çoxdursa bu məsələlər vmhəll edilə bilər. Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı işlər Nazirlər Kabinetindədir. Yəqinki hökumət rəsmilərinin bu barədə yanaşmasından bəlli olur ki, il ərzində həmin məsələlərin yekunlaşması başa çatdırılacaq. Çünki bununla bağlı Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyəti və komissiyaları müvafiq işləri yekunlaşdırıb. Həmin sənədlər baxılması üçün aidiyyəti qurumlara təqdim edilib. Böyük ehtimalla bununla bağlı hökumətin qərarı olacaq. Hansı ərazilərdə sənədsiz evlərin sökülməsi isə böyük ehtimalla həmin sənəddə öz əksini tapacaq. Artıq Bakının hər yerində demək olar ki, sənədsiz evlər mövcuddur. Xüsusilə Sabunçu, Suraxanı və Abşeron rayonunda belə hallar daha çoxdur".
Sevda Səfərova

Günün Top 10 Xəbəri