25.03.2024 21:54
Oxunub: 15 dəfə

Britninin 12 il öncə geyindiyi geyim hərraca çıxarılır

"Goldin Auctions" hərrac evi pop müğənnisi Britni Spirsin qarderobundan ikonik əşyanı 25 min dollara satmağa çalışacaq.
"Qafqazinfo" xəbər verir ki, bu haqda "Page Six" nəşri yazıb.
Söhbət uzun kulonlarla bəzədilmiş gümüşü rəngli geyimdən gedir. Müğənninin bu paltarı 2012-ci ildə "X Factor" televiziya şousunda geyindiyi məlum olub.
Qeyd olunur ki, geyimin qiyməti 500 dollardan başlayır. Bununla belə, kolleksiyaçı Karlo De Santis jurnalistlərlə söhbətində bildirib ki, onun dəyəri 20 min dollardan 25 min dollara qədər dəyişə bilər.

Günün Top 10 Xəbəri