17.04.2024 20:36
Oxunub: 3 dəfə

Britaniyada 2009-cu ildən sonra doğulanlara siqaret satışı ömürlük qadağan edildi

İngiltərədə yeni nəslin ömürlük siqaretə çıxışını qadağan edən qanun layihəsi parlamentdə təsdiqlənib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, "siqaretsiz nəsil" yaradılması təşəbbüsü çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulanlara siqaret satışı qadağan edilib.
Çərşənbə axşamı təsdiqlənən qanunla bu il 15 yaşı tamam olan uşaqlar ömürləri boyu siqaret ala bilməyəcəklər.
Qanun layihəsi İcmalar Palatasında 383 deputatın təsdiqi ilə qəbul edilib, 67 deputat isə qanun layihəsinə qarşı çıxıb.
Qanun siqareti deyil, siqaret məhsullarının satışını qadağan edir.
Qanun çöl yoxlamalarını həyata keçirəcək orqanlara uşaqlara tütün və ya elektron siqaret satdığı aşkarlanan bazarlara dərhal 100 funt sterlinq cərimə tətbiq etmək səlahiyyəti verir.
Bu cərimələrdən əldə edilən gəlir qanunun funksionallığının gücləndirilməsinə sərf olunacaq.

Günün Top 10 Xəbəri