16.04.2024 09:36
Oxunub: 5 dəfə

"Bıçağı saxladım ki, məni öldürmək istəsə, mən də onu vurum" - VİDEO

Miatsum ideologiyası ilə yaşayan ermənilər illərdir cəhd edib nail ola bilmədikləri istəklərini 1988-ci ildə yenidən reallaşdırmaq xülyasına düşdülər. Onlar öz planlarını həyata keçirmək üçün fəaliyyətə başladılar.
SonXeber.Biz xəbər verir ki, Xankəndi sakinləri erməni vəhşiliklərini "Apa TV"yə danışıb:
" Heç vaxt yadımdan çıxmaz. Şənbə günü idi. Xankəndi Dövlət Pedaqoji İnstitutunun beşinci kurs tələbəsi idim. Həmin gündən ilk nümayişlər başladı. Erməni qızları ilə universitetə bir gedib-gəlirdik. Mən qızdan soruşdum ki, bu nümayişlər nə üçündür. Mənə dedi ki, biz "Artsax respublikası" yaratmaq istəyirik".
Ermənilər üçün ən vacib məsələlərdən biri Xankəndidən azərbaycanlıları çıxarmaq idi. Buna görə də onlar soydaşlarımızı sıxışdırmağa başladılar. Azərbaycanlılar artıq hər yerdə ermənilərin təzyiqinə məruz qalırdı".
Xankəndi sakini Qiymət Əhmədova həmin dövrdə yaşadıqları çətinlikdən danışıb:
" Kolya adında biri içəri girdi. Hələ də o mənim yadımdan çıxmır. Tüklərim biz-biz oldu. Elə bildim ki, məni öldürməyə gəlib. Arxam divar idi. Bıçağı saxladım ki, məni öldürmək istəsə mən də onu vurum. Daha sonra qaçdım və avtobusa belə minmədim. Qorxdum ki, avtobusda məni döyərlər".
Ətraflı "Apa TV"nin süjetində:

Günün Top 10 Xəbəri