18.04.2024 09:09
Oxunub: 12 dəfə

Beşinci sinifdə tərk etdikləri məktəbə 36 il sonra belə qayıtdılar: Onlarla birlikdə şəhid də gəldi - VİDEO

4 keçmiş şagird 36 il sonra onların sosial həyata ilk addımlarını atdıqları, yıxılıb durduqları, ağlayıb güldükləri doğma məktəbə gediblər. Hər gün avtobus dayanacağından məktəbə tələsənlər bu gün heç tələsmədən xatirələrini yada salıblar.
Bu gün 4 nömrəli məktəbdə dərs zənginin səsi gəlmir. Həmin məktəbin şagirdləri Xankəndidə olan öz dərs xatirələrini "Apa TV" ilə bölüşüblər.
" Buraya gələndə 88-ci illər yadıma düşdü. Burada əvvəllər belə şeylər yox idi. Hər şeyi sonradan tikiblər. Nə qədər futbol klubunun oyununu izləmişik. İnsan hələ də bilmir ki, indi nə etsin. Məktəbin isə beşinci sinifdən tərk etmişik".
Bu gün Xankəndiyə sinif yoldaşları ilə birlikdə bir şəhid də gəlib. O şəhid idi ki, vətən uğrunda canından keçməyi bu məktəbdə öyrənmişdi.
"Bizim sinif yoldaşımız Ruslan Cəfərov 2020-ci ilin 11 oktyabrında Xocavənd uğrunda gedən döyüşlərdə şəhid oldu. Özü də Xankəndi sakini olub. Biz hər zaman onun ruhunu şad edirik. Şəhidimiz İkinci Fəxri Xiyabanında dəfn olunub. Biz onu tez-tez ziyarət edirik. Ailəsi və övladları ilə görüşürük. Biz fəxr edirik ki, bizim belə bir sinif yoldaşımız olub".
Ətraflı "Apa TV"nin süjetində:

Günün Top 10 Xəbəri